Meğri sakinləri: "Qarabağda baş verənlər bizim üçün də ola bilər"

Meğri sakinləri: "Qarabağda baş verənlər bizim üçün də ola bilər"

“Türklər (azərbaycanlılar – red) sərhədimizə bir yol çəkmişdilər, 1988-ci ildə Karen Dəmirçiyan buna icazə vermədi. Mən də türklərin buradan keçməsini istəmirəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri Meğri sakini Sergey Petrosyan NEWS.am saytına verdiyi müsahibəsində deyib.

Manvel Yuzbaşyan da öz növbəsində qeyd edib ki, asfalt yol Bakıdan Nrnadzor kəndinə aparır.

Meğri ermənisi daha sonra bunları qeyd edib:

“Fiziki və mənəvi baxımdan azərbaycanlıların buradan keçməsini qəbul etmirəm. Burada üç sərhəd olacaq: erməni, rus və Azərbaycan. Bunun necə tənzimlənəcəyini bilmirəm. Bu, bir faciədir, insanlar sadəcə buranı tərk edəcəklər”.

Varduhi Qriqoryan isə əlavə edib ki, bu yerlərdə bir tunel olsaydı, qarşılıqlı əlaqə olmaması doğru olardı: “Çox narahatıq, insanlar qorxur, sabah nə olacağını bilmirik. Artsaxda (Qarabağda – red) baş verənlər başımıza gələ bilər. Heç bir şəkildə qorunmuruq”.

Natiq Səlim,

KONKRET.az

Mənbə: konkret.az