Azərbaycanın axtarışa verdiyi Peqovun daha bir yalanı: Bu dəfə ermənilər təkzib edir

Azərbaycanın axtarışa verdiyi Peqovun daha bir yalanı: Bu dəfə ermənilər təkzib edir

Qarabağda separatçı rejimin rus dilinə "dövlət dili statusu" vermək niyyəti bsrədə xəbərlər yayılıb. Cebhe.info xəbər verir ki, məlumatı separatçı rejimin "parlamentinin deputatı" Aram Arutunyan təkzib edib.

"Rus dilinə dövlət dili statusu verilməsi barədə hər hansı müzakirə yoxdur",-deyə o bildirib.

Xatırladsq ki, bu barədə ilk məlumatı Azərbaycanın axtarışa verdiyi şəxs- “WarGonzo" layihəsinin yaradıcısı, hərbi jurnalist Semyon Peqov verib. O bildirib ki, separatçı rejim rus dilinə dövlət dili statusu verilməsi layihəsi hazırlayır.

Xəzər

 

 

Mənbə: cebhe.info