Suriyalı Andranik  Zabux dərəsindən çıxmaq istəmir- “ Qulağı gicişir...”- VİDEO

Suriyalı Andranik  Zabux dərəsindən çıxmaq istəmir- “ Qulağı gicişir...”- VİDEO

10 Noyabr razılaşmasına əsasən dünən -dekabrın 1-dən Laçın rayonunun Azərbaycana təhvil verilməsinə rəğmən Laçın şəhəri və bir neçə kənddə az sayda mülki işğalçı ermənilər hələ də qalır. Onların arasında əlisilahlı hərbi geyimli olnalar da var.

Moderator.az xəbər verir ki, işğalçı Ermənistan mediasının yaydığı məlumata görə, ermənilərin hələ də tam tərk etmədiyi kəndlərdən biri Gorus-Laçın-Şuşa-Xankəndi yolunun üzərində, sərhəddə yaxın ərazidə yerləşən Zabux kəndidir.

Kəndin qanunsuz “mer”i, Azərbaycan torpağına Suriyanın Əl-Kamışlı şəhərindən qeyri-qanuni olaraq köçürülmüş Andranik Çavuşyan “Armenpress”ə müsahibəsində bunları çərənləyib:

“Doğma kəndimizdə yaşamaq və onu erməni kəndi kimi saxlamaq mövqeyimiz dəyişməyib. Burada yaşamağa davam edəcəyik. Sülhməramlılar işlərini görürlər və bizim də ailələrimizin və kəndlərimizin təhlükəsizliyini qorumaq hüququmuz var. Qalan kişilər kəndin ətrafında növbə çəkməyə davam edirlər. Bayrağımız bələdiyyə binasının damında dalğalanmağa davam edir, orada başqa bir bayraq görmək istəmirik. Razılığa əsasən, sülhməramlılar dəhlizin təhlükəsizliyini təmin etməlidirlər. Onlar üzərlərinə düşəni edəcəklər və bizim də təhlükəsizliyimizi qorumaq üçün burada yaşamaq hüququmuz var. Həyatımız bahasına olsa da, hüquqlarımızı qorumağa hazırıq. Buradan Stepanakerti və bütün ermənilərin hüquqlarını müdafiə edirik. Müvafiq qurumlardan dəqiq açıqlamalar almaq istəyirik. Kəndin erməni kəndi kimi qalacağını söylədik...”

Andranikin sözlərinə görə, kənddə təxminən üç gündür elektrik enerjisi yoxdur, rabitə əlaqəsi işləmir, dostları və qohumları Zabuxda yaşayan ailələrə yemək və digər lazımi əşyaları göndərirlər.

Qeyd edək ki, digər Azərbaycan məntəqələrində olduğu kimi, buradakı erməniləri də qızışdıran, provakasiyaya çəkənlərdən biri də axtarışa verdiyimiz “Varqonzo” layihəsinin rəhbəri Semyon Peqovdur. Əyanilik üçün onun noybarın 30-da Zabux kəndindən verdiyi reportajın video-yazısını da təqdim edirik.

Xatırladaq ki, 1919-cu ilin yazında məhz Zabux kəndi ərazisində, “Zabux dərəsi” deyilən bu yerdə xalq qəhrəmanı Sultanbəy tayqulaq erməni sərkərdəsi Andranikin on minlərlə ermənidən ibarət qoşununu darmadağın etmiş, Andranik özü isə biabırçı şəkildə arvad paltarı geyinərək aradan çıxa bilmişdir. Onun qulağını hələ Osmanlı ordusunda xidmət etdiyi zaman ruslara yardım göstərəərk xəyanət etdiyinə görə bir türk paşası tərəfindən kəsilib...

P.S. Görünür, bu Andranikin də “qəhrəman” babası yadına düşdüyündən qulağı gicişir...

Sultan Laçın

Mənbə: moderator.az