Qüsurlu vicdanı Haqqı, Ədaləti sevməyən bambılı! - Böyüklər üçün nağıl

Qüsurlu vicdanı Haqqı, Ədaləti sevməyən bambılı! - Böyüklər üçün nağıl

Biri var idi, pulu çox idi. Vəzifə – vardı, ağıl – yox idi.

Viran qoyulmuş obaları, yandırılmış meşələri xəyalən aşaraq, dənizlərdən, çöllərdən virtual yollarla keçərək bir gün gəlib yetişir hansısa məmləkətə. Hansısa, sən demə, Fransa.

Deyir: “Erməni tulasıyam, Parisdə qalasıyam!”.

Qalır. Əvvəlcə müəllimlər otağında, sonra müəllimənin varlı atasının malikanəsində. İndi isə Yelisey sarayındadır. Hər halda, qaçqın yataqxanasından azı unitazı-bidesi ilə fərqlənir…

O, hələlik qalsın sarayda, (hələlik!), sizə ölkədən danışım.

Adının kökündə “fran” sözü var. Fran çox qəribə, dolğun, tutumlu, zəngin mənalı sözdür. Eyni zamanda, eləcə də ayrılıqda gözəl anlayışlar verir. FRANLI olmaq – ağıllı, müdrik, savadlı, bilikli, vicdanlı, əxlaqlı, Ədalətli, həqiqətpərəst, qoçaq, mərd, xeyirxah, mərhəmətli… olmaq deməkdir.

Lakin ölkədə təkcə franlılar yaşamırlar. Franı, yəni yuxarıda sadalananları olmayanlar – aşağıdakı FRANSIZlar – orada çoxluq təşkil edirlər. Və Emma.Makron onların layiqli Mikronskopik başçısıdır.

Özünü Jan Marenin qəhrəmanı sanırsa da, xisləti Lui de Fünesin Jüvüdür – BAMBILI!

Qüsurlu vicdanı Haqqı, Ədaləti sevməyən bambılı!

Fransada Yeni İslam nizamı yaratmaq niyyəti ilə sayıqlayan bambılı!

Ağzına qurbağa götürüb Aslanı parçalamaq istəyən bambılı!

ATƏT mandatına adət edərək Qarabağın, bununla da bütün Azərbaycanın taleyinə hakim kəsildiyini düşünən bambılı…

…Göydən üç daş düşdü, hərəsi bir həmsədrin başına!..

A.ƏZİZ,

 

Mənbə: konkret.az