65 yaşdan yuxarı insanların küçəyə çıxması ilə bağlı VACİB AÇIQLAMA

65 yaşdan yuxarı insanların küçəyə çıxması ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda 1 dekabr tarixində koronavirusa 4426 yeni yoluxma faktı, 41 ölüm qeydə alınıb.

Türkiyədə yeni koronavirus tədbirləri daxilində ticarət mərkəzləri, market, bərbər, restoran və kafelər saat 20.00-da bağlanıb, həftə sonu komendant saatı qüvvəyə minib.

Yeni tətbiq edilmiş qaydalara görə bütün əyalətlərdə 65 yaş və yuxarı yaşda olan insanlar, şənbə gününə qədər gün ərzində 10.00-13.00 saatlarda, 20 yaşından kiçik şəxslər isə gün ərzində 13.00-16.00-da çölə çıxa biləcəklər. Bu saatların xaricində göstərilən yaş qrupu vətəndaşların çölə çıxması məhdudlaşdırılıb.

Azərbaycanda oxşar qaydaların tətbiq edilməsi diqqət mərkəzindədir. Yəni koronavirus tədbirləri çərçivəsində 65 yaşdan yuxarı insanlar küçəyə saatla çıxa bilər? Yaxud bu yaşda olan şəxslərin küçəyə çıxamasına qadağa qoyula bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a dosent Ədalət Rüstəm danışıb. Həkim bildirib ki, aprel ayı üçün tətbiq edilən qaydalar yenidən tətbiq edilməlidir. Yəni 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağa olmalıdır.

Qeyd edək ki, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə həmin müddətdə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilib.

Şəlalə Babayeva



 

Mənbə: sonxeber.az