“Bir müddət sonra Xankəndi, Xocavənd və Ağdərə de-fakto nəzarətimizə keçəcək” - RƏY

“Bir müddət sonra Xankəndi, Xocavənd və Ağdərə de-fakto nəzarətimizə keçəcək” - RƏY

"Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə erməni hərbi birləşmələri qalmaqdadır və Xocavənd rayonu ərazisində Azərbaycan əsgəri ilə erməni silahlısı arasında 100 metrə kimi məsafə var. Xocavənd rayonunun erməni nəzarətində olan kəndində hər iki tərəfin postları var. Burada silahli erməni əsgərləri Azərbaycan əsgəri ilə üzbəüz mövqedə dayanır. Əvvəlki vaxtdan fərqli olaraq səngərdə deyil, bir-birlərini açıq müşahidə edirlər, sərbəst fəaliyyət göstərirlər. Bu, təmas xətti adlanır. Üçtərəfli bəyannamədə olduğu kimi, bu ərazilərdən erməni silahlı birləşmələri tam çıxarılmalıdır. Rusiya və Ermənistan isə burada hərbçilərin qalmasında maraqlıdır".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Azərbaycan bu əsgərlərin çıxarılmasına nail olacaq:

"Yoxsa bu, növbəti silahlı qarşıdurmaya səbəb olar və təhlükəsizliyi təhdud edər. Ermənistan əsgərinin orada olması qanunsuz və sabitliyi pozmağa xidmət edəcək. Rusiya burada sülhməramli qüvvələrini yerləşdirirsə, erməni silahlıları nəyə lazımdır?! Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini Azərbaycanla birgə Türkiyə də qəti tələb edəcək. Bu, proseslərin stabil davam etməsinə mane olacaq. Bir müddətdən sonra Xankəndi, Xocavənd və Ağdərə də de-fakto nəzarətimizə keçəcək. Regional şərtlər lehimizə işləyir".

Əli Bədir
 

 

Mənbə: cebhe.info