Əməkdar artist Laçından danışıb ağladı - Video

Əməkdar artist Laçından danışıb ağladı - Video

Əməkdar artist Ehtiram Hüseynov uzun müddət sonra ilk dəfə "Bizimləsən" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, səhhətində ciddi problem olan xanəndə veriliş boyunca göz yaşlarını saxlaya bilməyib.

Əslən Laçından olan Ehtiram ata yurdunun düşməndən azad olunmasına kövrəldiyini deyib.

"40-a yaxın yaşım var, həyatda çox sevinmişəm. Amma bu qədər sevincli hisslərim olmayıb" deyən, müğənni ağlamağa başlayıb.

Sənətçi daha sonra "1992-ci ildə Xocalı hadisəsindən sonra bizi Laçından çıxartdılar. Bakıda əmim, dayımgil yaşayırdı, onların evinə gətirdilər bizi. Bu günə şükür, xəyallarımız gerçəkləşdi. Laçınlı günlərdə görüşəcəyik" sözlərini əlavə edib.

Qeyd edək ki, E.Hüseynovun ötən ilin dekabrından səhhətində ciddi problem yaranıb. Xanəndə müalicə alır.

 

 

Mənbə: pia.az