ABŞ Səudiyyə Ərəbistanına hərbi təlim dəstəyini uzatma qərarı verdi

ABŞ Səudiyyə Ərəbistanına hərbi təlim dəstəyini uzatma qərarı verdi

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanındakı ABŞ Hərbi Təlim Missiyasının 350 milyon dollara 5 il uzadılmasına qərar verib.

Açıqlamada uzadılma qərarının ABŞ Konqresinin müvafiq Komitələrinə bildirildiyi ifadə edilib.

Qərar Xarici Hərbi Satışlar çərçivəsində nəzərdən keçirildiyi üçün Konqresin Silahlı Qüvvələri və Xarici Əlaqələr Komitələri 30 gün etiraz etmədiyi təqdirdə tətbiqinə başlana bilər.

 

Mənbə: eastnews.org