“Ermənilərə imkan vermədən ideoloji təbliğat savaşın qan, qırğın səviyyəsinə qaldırmaq lazımdır...”

“Ermənilərə imkan vermədən ideoloji təbliğat savaşın qan, qırğın səviyyəsinə qaldırmaq lazımdır...”

“Mənim üçün ən böyük müalicə çox səmimi deyirəm ki, bu qələbə oldu. Biz bu rüsvayçılıqdan xilas olduq. Daim xaricə səfərlərə gedəndə ermənilərlə görüşdən qaçırdım, çünki onların qarşısında başımız aşağı idi, torpaqlarımızı işğal etmişdilər”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti ermənilərə çoxdan belə dərs verilməsinin vacibliyini vurğulayıb:

“Hamımızın gözü aydın olsun ki, torpaqlarımız işğaldan azad olundu. Mənim üçün ən böyük müalicə çox səmimi deyirəm ki, bu qələbə oldu. Biz bu rüsvayçılıqdan xilas olduq. Daim xaricə səfərlərə gedəndə ermənilərlə görüşdən qaçırdım, çünki onların qarşısında başımız aşağı idi, torpaqlarımızı işğal etmişdilər. Burda o da sübut olundu ki, sən demə bu xalqın genetikasında əzəmətli bir qalibiyyət ruhu var imiş. Yoxsa Sovet hökumətinin vaxtında sünni-şiə məsələsini ortaya ataraq bizi həmişə parçalayıblar. İndi məlum olur ki, sən demə bunlar boğazdan yuxarı kimlərinsə marağındaymış. O sınaq məqamında xalqın genetikası üzə çıxdı. Ermənilərin əsgərlərimizlə bağlı müsahibəsini oxuyanda görürəm ki, dəhşətə gəlirlər. Bax budur millətin genetikası, xarakteristikası. Türkün məğrurluğu budur və bunu erməni çoxdan görməli idi. Ermənilərin nə yeri var, nə də yurdu. Harda bir erməni varsa, deyir ki, bura mənim vətənimdir. Bunlar çaşıblar, xəstədirlər, südləri, qanları bəlli deyil. Allahın rızası olmadan heç bir xalq özünə dövlət qura bilməz. Dövlət olan, xalq olan xalqlar var və bir də onların içində yaşayan və onlara xidmət edənlər var. Yəni bunlar həm də ilahi qanunlara zidd addımlar atırlar. Bunlar heç Qərbi Azərbaycanda da qalmayacaqlar. Onlara imkan vermədən ideoloji təbliğat savaşın qan, qırğın səviyyəsinə qaldırmaq lazımdır. Bununla yanaşı, Qərbi Azərbaycan məsələsini qaldırıb, Qafanı boşaltmalarını tələb etmək lazımdır”.

Xalq artisti bütün dünyanı cənginə alan koronavirus pandemiyasından da danışıb:

“Bizim camaat bir az qaununa yatımlı deyil. Küçəyə çıxanda insanlarla söhbət edəndə deyirəm ki, qardaş bütün dünya batır, koronavirus tək bizdə olsaydı, sizi haqlı sayardım. Maskanı normal taxmaq lazımdır, çənəndə niyə gəzdirirsən ki? Əgər sənə bir şey olacağından qorxmursan, özün bil, axı mənə təhlükə yaradırsan. İndi mənə məlum olur ki, insanlarımızın böyük əksəriyyəti, əsasən də cavanlarımız siqaret çəkir, mən bunu indi bilirəm. İndi də bir dəb də düşüb gənclərimiz saqqal saxlayırlar”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az