“Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü faktiki bərpa edilmiş oldu”

“Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyü faktiki bərpa edilmiş oldu”

“Heç bir qüvvənin xalqımızın fədakarlığı, qəhrəmanlığı sayəsində əldə etdiyi qələbəyə kölgə salmasına imkan vermək olmaz”

“Vətən Müharibəsi və onun nəticələrini əks etdirən sənədtarixin yaddaşında xalqımızın yernilməzlik nümunəsi kimi əbədi yaşayacaqdır”

Məlum olduğu kimi, dünən- 1 dekabr tarixində Laçın rayonu Ermənistan Silahlı Qüvvələrindən azad edlib vəAzərbaycan ordusunun nəzarətinə keçib.

Moderator.az olaraq AzərbaycanGözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbərimizdə bu tarixiolayı şərh etməyə çalışdıq.

-Səmyar bəy, bildiyiniz kimi, dekabrın 1-i tarixindəLaçın rayonu da erməni işğalından azad edildi və Azərbaycanın faktiki nəzarətinəkeçdi. Öncə bu tarixi olayla bağlı düşüncənizi bilmək istərdik.

-Təbii ki, erməniişğalındakı hər qarış torpağımızın azadlığı özlüyündə son dərəcə mühüm hadisədirvə bu baxımdan Laçının azad edilməsi də son dərəcə böyük əhəmiyyətə malikdir. Hərşeydən əvvəl qeyd edim ki, Laçın erməni işğalı altında qalan sonuncu rayonumuzidi və onun azad edilməsi ilə uzunmüddətli işğal faktına son qoyulmuş oldu.Bununla da Azərbaycanın ərazi bütövlüyü faktiki olaraq bərpa edilmiş oldu. Bubaxımdan Laçının azad edilməsi torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizəninməntiqi sonluqla başa çatdırılması, ərazi bütövlüyümüzün bərpa edilməsi deməkdir.Və mən bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizəAllahdan rəhmət diləyirəm. Bir daha qeyd edirəm ki, Vətən Müharibəsində əldəetdiyimiz bu qalibiyyət son dərəcə qiymətli, əvəzsiz və misilsizdir.

-Qarabağın işğaldan azad edilməsi ölkəmizin gələcəkinkişaf perspektivi baxımından nə vəd edir?

-Qarabağ və ətrafrayonların erməni işğalından azad edilməsi heç şübhəsiz ölkəmizin yaxın gələcəkdədaha sürətli inkişafına təkan vermiş olacaq. Çünki işğaldan azad edilənrayonlarımızın böyük kənd təsərrüfatı və iqtisadi perspektivi var ki, buperspektivin dəyərləndirilməsi ölkəmizin qısa zamanda iqtisadi inkişafbaxımınan böyük məsafə qət etməsinə imkan verəcək. Nəzərinizə çatdırım ki,işğaldan azad edilən rayonlarımızın bir çoxu zəngin yataqları, maddi resursları,təbii ehtiyatları ilə diqqəti cəlb edir və bu ərazilərin turizm potensialı dakifayət qədər böyükdür. Bu baxımdan Qarabağda həyatın yenidən canlanması yalnızbu bölgənin deyil, ümumilikdə ölkəmizin inkişafı baxımından böyük əhəmiyyətəmalikdir və heç şübhə yoxdur ki, biz yaxın gələcəkdə bu inkişafa şahidolacağıq.

-Səmyar bəy, bəzən bu cür fikirlər səslənir ki,guya rus hərbçilərinin sülhməramlı kimi prosesə cəlb edilməsi o qədər də doğrudeyil və bu, hansısa fəsadlara səbəb ola bilər. Sizcə doğrudanmı rus ordusununQarabağda sülhyaratma missiyasına cəlb edilməsinin ölkəmizin maraqlarıbaxımından risklidir?

-Öncə qeyd edim ki, Azərbaycanbu müharibənin qalib tərəfidir və Ermənistanın imzaladığı kapitulyasiyada Azərbaycanıntam, qəti üstünlüyü qeyd olunub. Ermənistan işğal etdiyi torpaqları azad etməkləbağlı üzərinə öhdəlik götürüb və bu, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərdənsadəcə biridir. Qarabağa rus hərbçilərinin gəlişinə gəlincə, onların missiyasıErmənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə nəzarət etmək, bölgədəsülhü və təhlükəsizliyi təmin etmək, qarşılılqı etimad mühitinin yaradılmasınayardım etməkdir. Onlar 5 il ərzində məhzbu missiyanı yerinə yetirəcəklər. Bunun xaricində onların hər hansı səlahiyyətiyoxdur. Bu baxımdan Rusiyanın bölgəyə göndərdiyi sülhməramlıları Rusiyanın bölgədəhərbi baza yaratmaq, burada həmişəlik möhkəmlənmək cəhdi kimi xarakterizə etməkyanlışdır. İşğaldan azad edilmiş bütün torpaqlara məhz Azərbaycan ordusu nəzarətedir və vətəndaşlarımızın təhlükəsizliyini də məhz Azərbaycan əsgəri təmin edəcək.

 

-Laçında 5 kilometr enində dəhlizin yaradılması iləbağlı da fərqli fikirlər səslənməkdədir.Hətta bəzi şəxslər hesab edir ki, belə bir dəhlizin yaradılması Laçın şəhərininmövcudluğu üçün təhlükədir...

 

-Hesab edirəm ki, bu kimifikirlər bəzi qüvvələr tərəfindən məqsədli şəkildə səsləndirilir və məqsəd dövlətimizinbu böyük qələbəsinə kölgə salmaq, tarixi zəfərimizin əhəmiyyətini azaltmaqdır. Məhzbuna görə də onlar Ermənistanın kapitulyasiya ilə bağlı sənəddə bəzi məqamlarıfərqli cür tədim etməyə çalışır, bununla da ictimai rəydə çaqınlıq yaratmağa cəhdedirlər. Unutmaq olmaz ki, Laçın ərazisindən keçən 5 kilometrlik dəhliz nəLaçın, nə də ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükə kəsb etmir.Burada məqsəd təhlükəsiz gediş-gəlişin təmin edilməsi, qarşılıqlı etimadmühitinin formalaşdırılmasına nail olmaqdır. Laçın rayonu Azərbaycan torpağıkimi ölkəmizin nəzarəti altındadır və bu ərazidə ölkəmizin iradəsinə ziddhansısa adımın atılması mümkün deyil.

 

Bunu da xatırladım ki,Naxçıvanla Azərbaycan arasında dəlizin yaradılması da sənəddə əksini tapanmühüm müddəalardan biridir və bunun reallaşması həm Naxçıvanın, həm də ölkəmizininkişafı, yeni kommunukasiya yolları əldə etməsi baxımından mühüm əhəmiyyətə malikdir.

 

Bu baxımdan, hesab edirəmki, hər hansı qüvvənin Azərbaycan xalqının, Azərbaycan ordusunun, AzərbaycanAli Baş Komandanının fədakarlığı, qəhrəmanlığı sayəsində əldə etdiyi qələbəyəkölgə salmasına, onun nəticələrini təhrif etməsinə imkan vermək olmaz. 44günlük Vətən Müharibəsi və onun nəticələrini əks etdirən tarixi razılaşma Azərbaycanınböyük uğurudur və bu uğur tarixin yaddaşında hər zaman xalqımızın yernilməzliknümunəsi kimi əbədi olaraq yaşayacaqdır.

 

Seymur ƏLİYEV

 

 

Mənbə: moderator.az