“Qələbədə bir çox amillər ciddi rol oynadı” – DEPUTAT

“Qələbədə bir çox amillər ciddi rol oynadı” – DEPUTAT

“Düşmən üzərində möhtəşəm qələbədə bir çox amillər ciddi rol oynadı. Bunlardan biri də yumruq kimi birliyimiz və həmrəyliyimiz idi. Bu da məlumdur ki, tarixin müəyyən dönəmlərində məğlubiyyətimizdə birlik və həmrəyliyimizin güclü olmaması ciddi rol oynayıb”.

Cebhe.info xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, indi qarşımızda daha böyük vəzifələr durur:

“Bu birlik və həmrəyliyimizi qoruyaraq daha güclü olmaq, işğaldan azad etdiyimiz bölgələrdə quruculuq işlərini uğurla həyata keçirmək. Hər birimiz birlik və həmrəyliyimizi qoruyaraq ölkəmizin daha da inkişafı üçün bütün gücümüzlə çalışmalıyıq”.

Vilayət Muxtar
 

 

Mənbə: cebhe.info