Aralıq dənizində gərginlik artır - Türkiyəyə qarşı çirkin oyun

Aralıq dənizində gərginlik artır - Türkiyəyə qarşı çirkin oyun

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yunanıstan Türkiyənin Şərqi Aralıq dənizi və Qafqazdakı mövqeyini qınayan birgə bəyanat yayıb.

Bəs, Türkiyənin dünya arenasındakı gücü qarşısında bu tipli yanaşmalar təhlükə hesab oluna bilər mi?

Politoloq Əhəd Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Yunanıstan vaxtilə Türkiyənin əyalətləri olub:

"Onların müəyyən müstəmləkə kompleksləri var ki, bu da Türkiyənin güclənməsindən qorxmalarına gətirib çıxarır. Birləşmiş Ərəb Əmirlikləri qurma bir ölkədir və onun indiki rəhbəri İsraillə münasibətlər quraraq ümumi ərəb münasibətlərinə xəyanət edib. Buna görə BƏƏ, Yunanıstan, Cənubi Kipr indi Fransanın, ABŞ-ın rəhbərliyi altında birləşiblər.

Yunanıstan və BƏƏ Türkiyəyə heç bir təhlükə törədə bilməzlər. Onların Türkiyəyə bəyanatdən, çıxışdan başqa heç bir təsirləri yoxdur. Çünki hərbi, siyasi və iqtisadi baxımdan Türkiyə ilə müqayisə olunmayacaq ölkələrdir".

Şəfəq Samed 

 

Mənbə: redaktor.az