Mikael Minasyan: “Pedofillə uşaq bağçası açmaq istəyirsiniz?” ITTIHAM

Mikael Minasyan: “Pedofillə uşaq bağçası açmaq istəyirsiniz?”  ITTIHAM

“Nilkolizm bizim vətəni xarabalığa çevirdi”

Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan qondarma “dqr”in “Ədalət” partiyasının “lideri” Vitali Balasanyana Facebook sosial şəbəkəsində fikir ünvanlayıb.

“Vitali Balasanyanın məktubunu oxudum. Cənab general, mənə elə gəlir ki, o başa çatdırılmayıb. Sonuncu cümlə yetərli deyil, orada yazılmalıydı ki, Nikol və Araik alçaqdırlar, satqındırlar. Siz vətən xaininin arxasına sığınan insana yardım əli uzatmaq istəyirsiniz? Pedofillə uşaq bağçası açmaq istəyirsiniz?”, Minasyan yazıb.

“Nilkolizm bizim vətəni xarabalığa çevirdi”, qeyd edən sabiq səfir nikolizmin yaddaşları unutdurduğunu bildirib: “Ancaq bu dəfə yaddaş qapısını bağlamağı bacarmayacaqsınız. Publik şəkildə qeyd edin ki, sizin üçün vətəni satan kimdir, Nikol və onun cibindəki gəmiricilər. Ya bunu bəyan edin, ya da tək qalın”.

Keçmiş səfir Nikolla Araiki alçaq və satqın adlandırır, Balasanyan isə “arsaxının” saxta xəyallara dalmaqdadır...

Qeyd edək ki, Vitali Balasanyan bəyanatla çıxış etmişdi: “Mənim siyasi “artsaxın” hazırkı hakimiyyətinə baxışlarımdan asılı olmayaraq:

- Tələb və çağırış edirəm ki, “arsaxın parlament spikeri”, “vitse-spikeri” və “daimi komissiyasının” tərkibi dəyişsin.

- “Artsaxın prezidentindən” tələb edirəm ki, yeni “milli barışıq hökuməti” formalaşdırılsın ki, ora həm “arsaxdan”, həm də Ermənistan diasporundan yüksək peşəkar və dəyərləri olan adamlar seçilsinlər.

“Arsaxın prezidenti” Araik Arutunyana müraciət edirəm: əgər siz mənim narahatlığımı bölüşürsünüzsə və mənim təklifimlə razısınızsa, onda mən də “dövlətçlik quruluşu” prosesinə qatılmağa hazıram”, Balasanyan bildirib.

Rövşən RƏSULOV

P.S. Maraqlıdır ki, Minasyan Balasanyana cavabında açıq-aşkar çatdırır ki, artıq “dqr” adlı qurum yoxdur və o cümlədən, ora xarabalığa çevrilib, onlar isə hansısa “hökumət” qurmaqdan bəhs edirlər.

Lakin söz yox ki, bu məsələdə dayanan daha bir fakt ermənilərin nə qədər sərsəm və dərketməmə qabiliyyətinə malik olmalarıdır. Daha dəqiq desək, bu adamlar hələ də nəyəsə ümid edirlər. Amma vurğulandığı kimi, qatar çoxdan gedib...

Mənbə: sia.az