Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”

Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”

 

Donald Tramp administrasiyası adına qatıldığı son NATO iclasında Türkiyəni hədəf seçən ABŞ Dövlət katibi Mayk Pompeoya Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu sərt cavab verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

ABŞ Dövlət katibi Mayk Pompeo Ankaranı Aralıq dənizində müttəfiqləri ilə gərginliyi artırmaq və Rusiya istehsalı HHM sistemini almaqla bir növ Kremlə hədiyyə verməkdə ittiham edib.

Gündəmdən kənara çıxaraq Türkiyəni hədəf seçən M.Pompeoya Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu cavab verib.

Türkiyəli nazir Pompeonu avropalı müttəfiqlərlə telefonla danışıb Türkiyəyə qarşı cəbhə yaratmaq, regional qarşıdırmalarda kor-koranə şəkildə Yunanıstanın tərəfini saxlamaq və Ankaraya “Patriot” HHM sistemi satmağı rədd etməkdə günahlandırıb.

M.Çavuşoğlu bununla yanaşı Türkiyənin İŞİD-lə vuruşduğu bir məqamda ABŞ-ın Suriyadakı terror dəstələrini dəstəklədiyini, həmçinin ABŞ və Fransanın Dağlıq Qarabağda Ermənistana dəstək verərək münaqişəni daha da pisləşdirdiyini dilə gətirib.

 

Mənbə: www.oxu.az