Həmyerliləri də Paşinyanın istefasını tələb edirlər VİDEO

Həmyerliləri də Paşinyanın istefasını tələb edirlər VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan üçün doğma olan İcevan şəhərində ona qarşı aksiya keçirilib.

Virtualaz.org bildirir ki, bu barədə news.am. məlumat yayıb.

Aksiya iştirakçıları Nikol Paşinyanın istefasını tələb ediblər. Aksiya zamanı polislərlə etirazçılar arasında qarşıdurma baş verib. Vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşlarını Paşinyanı müdafiə etməməyə çağırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə buna cavab olaraq bir neçə nəfəri nəzarətə götürüblər.

Mənbə: virtualaz.org