Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”

Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”

Ermənistanın Baş naziri Nikol Paşinyan müharibə günlərində həyəcandan özünə yer tapa bilmirdi.

O, bir çox ölkə rəhbərlərinə ardıcıl zəng vurur, kömək diləyirdi. Paşinyan xüsusilə Rusiya prezidenti Vladimir Putindən mədət umurdu.

Bizimyol.info xəbər verir ki, Ermənistanın Baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının videokonfransında bu haqda danışıb. Paşinyan Putindən razılıq ifadə etməyə çalışıb.

“Rusiya prezidentinin müstəsna rolunu xüsusi qeyd etmək istəyirəm. 44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım. Qan tökülməsinin dayandırılmasını müzakirə edirdik”.

Paşinyan qeyd edib ki, Rusiya indi itkin əsgərlərin tapılmasına, əsirlərin, həlak olanların meyitlərinin dəyişdirilməsi kömək göstərir.

Mənbə: www.bizimyol.info