Erməni qadın: “Laçından gəlib avtovağzalda yatıram”

Erməni qadın: “Laçından gəlib avtovağzalda yatıram”

Ermənistan dekabrın 1-dək Azərbaycanın işğal olunmuş ərazilərini təhvil verməli oldu.

Azərbaycanlıların evlərini ələ keçirmiş ermənilərin əksəri İrəvana üz tutdu. Amma onlar Ermənistan paytaxtında gözlənilən münasibəti görmür.

Bizimyol.info xəbər verir ki, Marieta Melkonyan çox ağır vəziyyətə qaldıqlarını bildirir. O, hökumətdən heç bir kömək görmədiyini deyir.

“Aldadırlar, məsuliyyətin bir-birilərinin üzərinə atırlar. Məcbur edirlər ki, insanlar müxtəlif instansiyaların qapılarında sürünsün. Halbuki ortada konkret kömək yoxdur. Laçından gəlib avtovağzalda yatıram”.

Melkonyan Ermənistanın Baş naziri Nikol Paşinyana ümidlərinin doğrulmadığını bildirib. Erməni qadın hökumət rəhbərinin vədlərinə əməl etmədiyini deyib.

Mənbə: www.bizimyol.info