Cüdoçularımızın qatılacağı Böyük Dəbilqə turnirinin vaxtı və yeri açıqlandı

Cüdoçularımızın qatılacağı Böyük Dəbilqə turnirinin vaxtı və yeri açıqlandı

Cüdo üzrə Böyük Dəbilqə turniri 2021-ci ildə İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə İsrail Cüdo Federasiyasının prezidenti Moşe Ponte “The Jerusalim Post” nəşrinə müsahibəsində deyib.

O, Beynəlxalq Cüdo Federasiyasının (IJF) turniri İsrailə həvalə etdiyini bildirib. Ponte gələn ilin fevralında baş tutacaq və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışda dünyanın adlı-sanlı idmançılarının qüvvəsini sınayacağını bildirib.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı "Report"a açıqlamasında yerli cüdoçuların da Böyük Dəbilqə turnirində iştirakının planlaşdırıldığını söyləyib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən təxirə salınmış Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək.

Mənbə: pia.az