Azərbaycan və Rusiya XİN başçıları Qarabağ Bəyanatını müzakirə etdilər

Azərbaycan və Rusiya XİN başçıları Qarabağ Bəyanatını müzakirə etdilər

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov telefonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin gedişini müzakirə ediblər.

Virtualaz.org bildirir ki, bu barədə TASS Rusiyanın Xarici İşlər Nazirliyinə isitnadən məlumat yayıb.

"Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il noyabrın 9-da verdikləri Bəyanatın müddəalarının yerinə yetirilməsinin gedişini, həmçinin regional və beynəlxalq gündəliyin ayrı-ayrı məsələlərini müzakirə ediblər", - deyə məlumatda qeyd olunub.

Mənbə: virtualaz.org