NATO toplantısında Çavuşoğludan Qarabağ şərhi

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən bugünkü telekonfransında Qarabağ məsələsi də müzakirə olunub.

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Fransanın və Yunanıstanın xarici işlər nazirləri Qarabağ münaqişəsi ilə bağlı Türkiyəyə qarşı iddialarla çıxış ediblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu iddialara belə cavab verib:

"Türkiyənin Suriyada terrorçularla qarşı-qarşıya olduğu bir zaman ABŞ-ın Suriyada terrorçuların yanında olması, eləcə də Fransa ilə birlikdə Ermənistana dəstək verməsi vəziyyəti daha da pisləşdirdi".

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Belçikada ermənipərəst qüvvələr məğlubiyyətə UĞRADI

SONRAKI XƏBƏR

“Müharibədən onlarla dəfə böyük və dağıdıcı faciə qaçılmaz olacaq” – Aslan İsmayılov