Türkiyənin müdafiə layihələri müzakirə edildi ƏRDOĞANIN SƏDRLİYİ İLƏ

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilir ki, iclas Türkiyənin Ar-Ge (texnologiyaları elmi yolla ticarətə çevirmək) təməlli müdafiə sənayesinə aid siyasətinin genişləndirilməsinə həsr olunub.

Müdafiə sənayesində istehsalın genişləndirilməsi məsələlərinin müzakirə olunduğu toplantıda Türkiyə Silahlı Qüvvələrinin və təhlükəsizlik qüvvələrinin istifadə etdikləri yerli və milli sistemlərin yenilənməsi məqsədilə elektronika təyinatlı hərbi və şəhər təhlükəsizliyi sistemlərinin, eləcə də müharibə avadanlıqları, silah, sursat, raket və s. bu təyinatlı vasitələrlə bağlı çoxsaylı layihələrə aid qərar qəbul olunub.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Güzəştli mənzillərin satışına başlanılır - VİDEO

SONRAKI XƏBƏR

İspaniyada işsizlik sürətlə artır