Paşinyanın əvəzinə namizəd

Paşinyanın əvəzinə namizəd

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası dekabrın 3-də də tələb olunacaq.

Növbəti mitinqdə daha sərt tələblər irəli sürüləcək.

Bizimyol.info xəbər verir ki, “Daşnaksutyun” partiyasından Artsvik Minasyan növbəti aksiyada hadisələrin inkişafı ilə bağlı ciddi addım atacaqlarını söyləyib. O, yeni hökumətin formalaşdırılmasından danışıb. Yəni dekabrın 3-də Ermənistan müxalifəti dekabrın 3-də baş nazir postuna namizədinin adını açıqlayacaq.

Nikol Paşinyan 2018-ci il mayın 8-dən hökumətə rəhbərlik edir. O, vəzifəyə məhz Şuşanın işğalının ildönümündə gəlib. Müxalifət də Şuşanın əldən verilməsinin onun ən böyük səhvi olduğunu bildirir.

Mənbə: www.bizimyol.info