Türkiyənin Aydın şəhərindən Mevlut Havutçu Azərbaycan Prezidentinə - İllərdən bəri pul yığıram ki…

Türkiyənin Aydın şəhərindən Mevlut Havutçu Azərbaycan Prezidentinə  - İllərdən bəri pul yığıram ki…

“Sizi doğma yurdlarınızdan erməni işğalçılarını çıxardaraq torpaqlarınızı azad etməyiniz münasibətilə təbrik edirəm.

Bu haqq mübarizənizdə türk xalqının duaları daim Sizinlə oldu, qəlbimiz Sizinlə döyündü.

Həcc ziyarətində olmaq mənim arzumdur. Təqaüdçüyəm. Bu arzumun həyata keçməsi üçün illərdən bəri pul yığıram. Mən böyük sevinc hissi ilə həmin pulu Sizin Silahlı Qüvvələrinizin Fonduna bağışlaya bilərəm.

Televiziya vasitəsilə Azərbaycanla bağlı bütün xəbərləri izləyirik. Bir millət olduğumuz üçün bu verilişləri tək türk kanallarından deyil, Azərbaycan kanalları vasitəsilə izləyirik. Biz Sizinlə ön cəbhədə bir yerdə vuruşmasaq da əsgərimizlə, gücümüzlə, dualarımızla Sizin arxasındayıq.

Qələbə zəfərləri ilə hamını sevindirdiyiniz üçün Allah Sizdən razı olsun. Ucalan bayraqlarınız bir daha zirvələrdən enməsin. Allah azad olmuş torpaqlarınıza daim azan səsinin ucalmasını nəsib etsin.

Allah igid əsgərlərinizə güc-qüvvət versin, düşmənləri Sizin qarşınızda peşman etsin. Ermənilərin təcavüzü nəticəsində şəhid olan balalarımıza rəhmət, yaralılarımıza şəfa, onların valideynlərinə səbr diləyirəm.

Sizin qətiyyətli duruşunuz məni çox qürurlandırır. Buna görə Sizin alnınızdan öpür, təşəkkür edir, mücadilənizi dəstəkləyirəm. Allaha əmanət olun!”

Bunu Türkiyə Respublikasının Aydın şəhərindən Mevlut Havutçu Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com