Türkiyənin Antalya şəhərindən Prezident İlham Əliyevə daha bir məktub – Hər şey üçün Sizə minnətdarıq

Türkiyənin Antalya şəhərindən Prezident İlham Əliyevə daha bir məktub  – Hər şey üçün Sizə minnətdarıq

“Bu məktubu yazaraq Sizə hər şey üçün dərin təşəkkürümü bildirirəm. Öncə ölkəmizi inkişaf etdirdiniz, kadr islahatları apardınız, sonra isə bütün xalqımızın həsrətində olduğu Qarabağı azad etdiniz.

Mən Antalyada yaşayıram, ürək-damar cərrahlığı sahəsində həkim işləyirəm. İmkan olduqca, vaxt tapdıqca ölkəmizdə baş verənləri izləyirəm.

Təbii ki, xalq üçün gördüyünüz işlər sadəcə bu günlər baş verənlərlə kifayətlənmir. Xalqın xeyrinə yüzlərlə önəmli işləriniz olub və yenə olacağına əminəm. Hər şey üçün Sizə təşəkkürlərimi bildirirəm.

Bütün Azərbaycan xalqı Sizin arxanızdadır, bundan əmin ola bilərsiniz. Sizi çox sevirik. Ürəyimdəki sözləri, hissləri bir məktuba yerləşdirmək mümkün deyil, İnşallah, nə vaxtsa Sizinlə görüşmək qismət olarsa, ən səmimi təşəkkürlərimi Sizə çatdıraram”.

Bu sözləri Prezident İlham Əliyevə məktubunda Türkiyə Respublikasının Antalya şəhərindən Üzeyir Tapdıqlı yazıb.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com