Rusiyanın Yaroslavl şəhərinin Azərbaycanlılar icması Prezident İlham Əliyevə müraciət etdi...

Rusiyanın Yaroslavl şəhərinin Azərbaycanlılar icması Prezident İlham Əliyevə müraciət etdi...

Rusiya Federasiyasının Yaroslavl şəhərindən “Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Asman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb:

“Sizi və Azərbaycan xalqını Qarabağın azad olunmasında qazandığınız möhtəşəm Qələbə münasibətilə Rusiyanın Yaroslavl vilayətindəki Azərbaycan icmasının üzvləri adından və öz adımdan təbrik edir, həmçinin Sizə və müzəffər Ordumuza təşəkkürlərimizi bildirirəm. Sizin, rəşadətli Ordumuzun və xalqımızın birliyi sayəsində yüz minlərlə məcburi köçkün öz doğma yurd-yuvasına qayıdacaq.

“Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı 2011-ci il dekabrın 24-də “Azərbaycan mədəniyyət və təhsil mərkəzi” yaratdı. Bu mərkəzin nəzdində müxtəlif bölmələr (Heydər Əliyev Muzeyi, kitabxana, milli çay evi və s.) fəaliyyət göstərir. Mərkəzimiz öz fəaliyyəti ilə Azərbaycan həqiqətlərini yaymağa və milli-mədəni dəyərlərimizi nümayiş etdirməyə xidmət edir.

Biz Sizin yürütdüyünüz xarici və daxili siyasəti dəstəkləyir və həmyerlilərimiz arasında geniş təbliğat işləri aparmaqla onları da bu siyasəti dəstəkləməyə sövq edirik. Bizim əsas fəaliyyətimiz ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm irsinin və onun dönməz davamçısı İlham Əliyevin ideyalarının təbliğatı ilə bağlıdır.

...Biz Sizinlə fəxr edirik və əmin edirik ki, Yaroslavlda yaşayan azərbaycanlılar Sizi və siyasi kursunuzu daim dəstəkləyəcəklər”.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com