Zöhrabyandan Bakıya “cavab”: Biz də matəm elan edək!

10 noyabrın “Vətənə xəyanət günü” elan edilməsi məsələsini müzakirə edirik.

KONKRET.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasından deputat Naira Zöhrabyan deyib.

“Nikol Paşinyan bizdən 8 mayı aldı, Şuşanın azad olunması ilə bağlı üçqat bayramımızı oğurladı. Bu səbəbdən 10 noyabrı “xəyanət günü” kimi qeyd etməliyik, bu günü matəm elan etməliyik”, – Zöhrabyan bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı iki sərəncamla 27 sentyabr Anım, 10 noyabr isə Zəfər günü elan olunub.axar.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan Rusiyanın bir vilayətinə çevrilir: ŞOK TƏFƏRRÜATLAR

SONRAKI XƏBƏR

Məktəb və bağçalarda sanitar karantin qaydaları 2022-ci ilə kimi uzadılacaq - Rusiyada