Korotçenko: Bu, yalandır, fakt odur ki, Qarabağ münaqişəsi bitdi

Korotçenko: Bu, yalandır, fakt odur ki, Qarabağ münaqişəsi bitdi

Qarabağ müharibəsi zamanı Paşinyan, Əliyev, Ərdoğan və Putin arasında bəzi gizli razılaşmaların olduğu barədə erməni mətbuatının tirajladığı məlumatlar tamamilə yalandır.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

Onun sözlərinə görə, bu axmaqlığı erməni KİV-ləri uydurublar:

“Rusiya yalnız sülhməramlı təşəbbüs çərçivəsində hərəkət etdi. Moskva münaqişənin sülh yolu ilə həll olunmasını və Qarabağda hərbi əməliyyatların dayandırılmasını müdafiə etdi. Şuşa şəhəri üzərində nəzarəti itirməsindən sonra Ermənistan ordusunun müqavimət perspektivinin yox olduğu şəraitdə İrəvan Moskvanın vasitəçiliyi ilə Bakının şərtlərini qəbul etdi. Başa düşmək lazımdır ki, müharibənin dayandırıldığını nəzərdə tutan razılaşma ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Dağlıq Qarabağın heç bir statusu yoxdur və olmayacaq da. Bura Azərbaycan ərazisidir. Məhz bu səbəbdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir iri nöqtə qoyulduğunu deyə bilərik”.axar.az

Mənbə: konkret.az