Gürcüstanda parlament seçkilərinin yekun nəticələri dekabrın 3-ü açıqlanacaq

Gürcüstanda parlament seçkilərinin yekun nəticələri dekabrın 3-ü açıqlanacaq

Bakı. Trend:

Gürcüstanda parlament seçkilərinin nəticələri dekabrın 3-ü açıqlanacaq.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildiriblər.

Məlumata əsasən, MSK-nın nəticələrin açıqlanacağı iclası saat 17:00-a təyin edilib.

Qeyd edək ki, Gürcüstanda oktybarın 31-i parlament seçkiləri keçirilib.

Mənbə: az.trend.az