Paşinyan üzr istədi, ciblərindəki əşyaları boşaltdı, Putin isə… - VİDEO

Paşinyan üzr istədi, ciblərindəki əşyaları boşaltdı, Putin isə… - VİDEO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının videokonfrans şəkilində keçirilən iclasında Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edərkən mikrofonunda problem yaranıb.
Yeniavaz.com xəbər verir ki, bu zaman Paşinyan mikrofonu özü düzəltməyə cəhd edib. Lakin qəribə jest və mimikalar edən baş nazir buna müvəffəq ola bilməyib.
O, texniki problem yarandığına görə üzr istəyib. Putin isə Paşinyana, "eybi yox, biz səni dinləyirik", - deyə bildirib..
Bu zaman Paşinyan ciblərində olan telefonu və digər elektron cihazları çıxararaq yanındakı şəxsə verib.Yalnız bundan sonra o çıxışına davam edə bilib.
Qeyd edək ki, iclasda Putin və Paşinyanla yanaşı Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Cömərt Tokayev, Tacikistan prezidenti İmaməli Rəhman, Qırğızıstan Parlamentinin sədri Talant Mamıtov da iştirak ediblər.

Mənbə: www.yeniavaz.com