ABŞ Konqresi Çin səhmlərinin yerləşdirilməsini məhdudlaşdıran qanun layihəsini təsdiq edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Çin şirkətlərinin səhmlərini Amerika fond birjalarında yerləşdirilməsini məhdudlaşdıran “xarici şirkətlərin hesabatlılığı haqqında” qanun layihəsini yekdilliklə təsdiq edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qanun layihəsinə görə, xarici biznes ABŞ tənzimləyicilərinə hesabat təqdim etməlidir. Əgər şirkət üç il ərzində Mühasibat Nəzarəti Şurasının audit tələblərini yerinə yetirməsə, birjaya daxil olmaq hüququnu itirəcək. Bundan əlavə, biznesə başqa bir dövlət tərəfindən nəzarət olunduğu barədə ayrıca məlumat vermək lazımdır.

Sənəd prezident Donald Tramp tərəfindən imzalanmalıdır.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus bütün dünyada tüğyan edir - STATİSTİKA

SONRAKI XƏBƏR

Paşinyan üzr istədi, ciblərindəki əşyaları boşaltdı, Putin isə… - VİDEO