Laçına yeni dəhliz hansı ərazidən keçəcək? - EKSPERT RƏYİ

“Laçın şəhəri artıq bizdədir. Lakin 3 tərəfli bəyanatda təsdiq olunduğu kimi, Qarabağ bölgəsiniErmənistanla birləşdirə biləcək yeni bir yol olmalıdır. Bu yol təbii ki, Azərbaycanın razılığı ilə tikiləcək".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, yeni dəhliz Laçın şəhərinin daxilindən keçəcəksə, o Azərbaycana qətiyyən lazım deyil:

"Çünki Laçın şəhəri sırf Azərbaycanın ərazisidir, orada ancaq azərbaycanlılar yaşayacaq. Ermənilər də özlərini normal apara bilərlərsə, bizim qanunlara, konstitusiyaya ehtiramla yanaşacaqlarsa, orada yaşaya bilərlər. Ancaq bu dəhliz Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni azlığı ilə Ermənistan arasında əlaqələrin qurulmasına xidmət edəcəksə, o gərək elə bir yerdən keçsin ki, Azərbaycanlıların yaşadıqları ərazilərdə heç bir problem yaratmasın.

Ali Baş Komandan xüsusilə qeyd etdi ki, dəhlizin eni 5 km civarında olmalıdır. Məlumdur ki, ermənilər nataraz bir millətdir. Onlar artıq öz dərslərini aldıqdan sonra yaxşı vəziyyətdə deyillər. Amma bundan sonra düşmənin nələrə əl atacağnı bilmirik. Bütün bunların qarşısını almaq üçün çox düzgün bir qərar qəbul olunub ki, bu dəhliz elə bir yerdən keçsin ki, bizim soydaşlarımız üçün heç bir problem yaratmasın".

Şəfəq Samed Redaktor.az

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsi başa çatıb

SONRAKI XƏBƏR

Fransada məscidə avtomobillə hücum edib qapı-pəncərələri qırdılar - VİDEO