Arayik Rusiyanın sayəsində yenə "prezident" olub

Arayik Rusiyanın sayəsində yenə "prezident" olub

Bakıda Rusiya bayraqları ilə qələbə qeyd edənlər, Qarabağda suverenliyimiz belə bərpa olunub?
Qarabağ separatçılarının başçısı Araik Harutyunyan kefdədir. Dünən Ermənistanın yeni müdafiə nazirini qəbul etmişdi, bu gün də Ermənistanın bir keçmiş deputatını öz xuntasına nazir, Xocalı cəlladlarından Balasaryan soyadlı birini də "Təhlükəsizlik Şurasının katibi" təyin edib.
Cəmi 1 ay qabaq əsgərlərimizin qorxusundan ailəsini İrəvana qaçırtmış, özü də bunkerdə gizlənmişdi. Putinin sayəsində "dirilib", özünü yenə "prezident" kimi aparır. Bizimkilər də Bakıda bu nəticəni Rusiya bayraqları ilə bayram edir...



Mənbə: teref.az