Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan və Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Qarabağda hərbi əməliyyatlar zamanı həlak olan erməni hərbçisi Vrej Poqosyanın ailəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Akopyanın ailənin kədərini bölüşmək, dəstəyini ifadə etmək üçün etdiyi ziyarət zamanı göstərdiyi hörmətsizlik diqqət çəkib. Belə ki, ölən erməni əsgərin anası ağladığı anda onun yanında əyləşən Baş nazirin xanımının gülümsəyərək telefonla oynaması kadra düşüb.

Anna Akopyanın bu hərəkəti bir çox erməni sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb və müstəsna hörmətsizlik kimi qiymətləndirilib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Şabranda COVİD-19 xəstəsi saxlanılıb

SONRAKI XƏBƏR

Çağatay Ulusoya yeni iş təklifi