Ermənilər indi də “Qarabağ-Rusiyadır” şüarı ilə mövcud olmağa çalışır...

Ermənilər indi də “Qarabağ-Rusiyadır” şüarı ilə  mövcud olmağa çalışır...

"Rusiya Qarabağı öz nəzarəti altında saxlayacaq və bunu heç kimə, nə Türkiyəyə, nə də Azərbaycana təslim edəcək..."

"Sözsüz ki, Rusiya imperiyasının tarixən ermənilərdən alət kimi istifadə etmə, ermənilərin isə alət olma həvəsi bitib-tükənmir. Və təbii ki, Moskva Qarabağa əsrlər öncə əkdiyi erməni toxumlarının kökünün kəsilməsini də istəməz..."

“Şuşanın təslim olmasından sonra məlum oldu ki, Qarabağı itirmək prosesi yalnız zaman məsələsidir və sonrakı hadisələr Rusiya üçün kritik nəticələrə səbəb ola bilər. Buna görə də Rusiya tez bir zamanda, demək olar ki, dərhal müdaxilə etdi. Əslində və ən başlıcası, o, buna münaqişənin əvvəlindən hazırlaşırdı, yalnız müdaxilə üçün əlverişli məqam və vaxt gözləyirdi”

Moderator.az xəbər verir ki, bunu erməni politoloq Arman Boşyan Rusiya ermənilərinin Miasin.ru nəşrinə müsahibəsində söyləyib.

Erməni ekspert iddia edir ki, Azərbaycan hələ sevinməməlidir.

"Rusiya Qarabağı öz nəzarəti altında saxlayacaq və bunu heç kimə, nə Türkiyəyə, nə də Azərbaycana təslim edəcək" - deyən A.Boşyana görə, Azərbaycan-Türkiyə bloku bölgənin siyasi xəritəsini tamamilə bölüşdürə bilmədi.

“Rusiyanın müdaxiləsi vəziyyəti dəyişdirdi. Gələcəkdə orada rus əsgərləri olduğu təqdirdə, kimsə Azərbaycandan İrana hücum üçün bir məkan kimi istifadə edə bilməz... Bəli, Qarabağ hazırda Ermənistan tərəfindən idarə olunmur, lakin yaxın gələcəkdə “Qarabağ - Rusiyadır” şüarı faktiki olaraq bir gerçəkliyə çevriləcək və ən əsası, Qarabağdakı ermənilərlə əlaqələrimə görə, əksəriyyət buna qarşı deyil. Çox güman ki, Rusiya Federasiyasının vətəndaşlığı Osetiya və Abxaziyada olduğu kimi, Qarabağ ermənilərinə də paylanacaqdır. Və Rusiyaya necə münasibət bəsləməsinə rəğmən hər kəs bu reallıqla hesablaşacaq” -deyə erməni politoloq vurğulayıb.

P.S. Sözsüz ki, Rusiya imperiyasının tarixən ermənilərdən alət kimi istifadə etmə, ermənilərin isə alət olma həvəsi bitib-tükənmir. Və təbii ki, Moskva Qarabağa əsrlər öncə əkdiyi erməni toxumlarının kökünün kəsilməsini də istəməz...

Sultan Laçın

Mənbə: moderator.az