Azərbaycanda pandemiyaya görə komendant saatı uzadıla bilər-AÇIQLAMA

Azərbaycanda pandemiyaya görə komendant saatı uzadıla bilər-AÇIQLAMA

Xəbər verdiyimiz kimi sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatları ilə bağlı komendant saatı elan edilib. Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Bu gün hər kəsi maraqlandıran məsələ komendant saatının nə zaman ləğv ediləcəyidir?

Bununla bağlı Sonxeber.az-a danışan Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, komendant saatı pandemiya görə uzadıla bilər:

"Çünki pandemiya görə də komandant saatı tədbiq olunmuşdu. Ona görə də komendant saatı uzadıla bilər. Hələlik hərbi vəziyyətlə bağlı prezidentin ikinci fərmanı yoxdur. Komendant saatı davam edir. İnanıram ki, sülh sabitləşdikdən sonra və sülhməramlılar tam fəaliyyətə başladıqdan sonra komendant saatı ləğv edilə bilər. Çünki ermənilər bu günün özündə də müəyyən təxribatlara əl atmağa çalışır. Artıq Azərbaycan dövləti əmin olduqdan sonra ki, ermənilər heç bir təxribata əl atmayacaq ondan sonra hərbi vəziyyətin ləğv olunması ilə bağlı məsələ müzakirə oluna bilər. Artıq cənab prezidentin bir qrup hərbçilərin tərxis olunması ilə bağlı sərəncamı oldu. Hesab edirəm ki, 1-2 ayın içində səfərbər olunmuş insanlarımızın hamısı ordudan tərxis olunacaq".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az