“Laçından çıxıb Xankəndidə avtovağzalda yatırıq” - Erməni qadın

“Laçından çıxıb Xankəndidə avtovağzalda yatırıq” - Erməni qadın

10 noyabrda imzalanan üçtərəfli bəyanata görə Azərbaycanın işğaldan azad edilən Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxan ermənilər onlara heç bir kömək göstərilmədiyini bildirir.

Cebhe.info xəbər verir ki, bunlardan biri- işğaldan sonra Laçında məşkunlaşan və 1 dekabrda rayonu tərk edən Marieta Melkonyan hökuməti onlara heç bir yardım göstərməməkdə ittiham edib.

"Bizi aldadırlar. Hamı məsuliyyəti bir-birinin üstünə atır. Məcbur edirlər ki, qapı-qapı gəzək. Kömək isə yoxdur", - deyə o, aysor.am saytına bildirib.

Ailə üzvləri ilə bərabər Xankəndidəki operativ qərargaha gedən qadın küçədə qaldıqlarından şikayətlənib: "Mən təmir edilən evimi Laçında türklərə (azərbaycanlılar nəzərdə tutulur-red.) qoydum. Burada isə avtovağzalda yatırıq", - deyə o bildirib.

"Paşinyan demişdi ki, kömək ediləcək, hanı kömək?", - deyə o şikayətlənib.

Ancaq evini Laçında “qoymağa” məcbur qaldığını iddia edən bu qadın Azərbaycan torpağı olan Laçına nə zaman, haradan və niyə getdiyini “xatırlamayıb”.

Xəzər

Mənbə: cebhe.info