Neftçalada şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub

Neftçalada şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub

Neftçala rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

"OLAYLAR" xəbər verir ki, açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Millət vəkili Sabir Rüstəmxanlı və COVİD-19 virusu ilə əlaqədar olaraq məhdud sayda şəxslər iştirak edib.

Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov və Millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından azad olunmasından və erməni işğalına son qoyulmasından danışılıb. Bu qələbəmizin şəhidlərimizin qanı və canı bahasına gəldiyi bildirilib.

Mənbə: olaylar.az