Milli Qəhrəman Məzahir Rüstəmovun qardaşı – Xalqımız Ali Baş Komandanımızla fəxr edir...

Milli Qəhrəman Məzahir Rüstəmovun qardaşı  – Xalqımız Ali Baş Komandanımızla fəxr edir...

“Sizə yazan Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun qardaşı Çingiz Rüstəmovdur.

Xalqımıza yaşatdığınız sevincə, fəxarətə görə Sizə və Sizin rəhbərlik etdiyiniz Ordumuza hədsiz minnətdarlıq hisslərimizi ailəmiz adından bildiririk. Siz bizim başımızı uca etdiniz, artıq ürəyimizdəki buzlar əriyib gedir, çünki şəhidlərimizin qisası alındı, uğrunda şəhid olduqları amallar həyata keçdi – Azərbaycanımız artıq işğaldan qurtuldu! Sizin sayənizdə gələcəyə daha nikbin baxırıq və bütün ərazilərimizdə yeni bir həyatın qurulmasını səbirsizliklə gözləyirik. Bu bir ümumxalq işi olacaq, hamımız Sizin əmrinizlə bu işdə yaxından iştirak etməliyik, tarixi şansımızı layiqincə dəyərləndirməliyik! Mənim fikrimcə, dünyada xalqına bu qədər yaxın olan, xalqı üçün bu qədər əziz olan ikinci dövlət başçısı yoxdur! Siz nəinki respublikamızda, eləcə də bütün dünyaya sübut etdiniz ki, nəyi nə zaman və necə etmək lazım olduğunu yaxşı bilirsiniz. Bütün xalqımız Prezidentimizlə – Ali Baş Komandanımızla fəxr edir.

Allah köməyinizdə olsun! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

Bu fikirləri Prezident İlham Əliyevə ünvanladığı məktubda Bakının Nizami rayonundan Çingiz İzzət oğlu Rüstəmov yazıb.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com