İspaniyadan Ali Evsenin Prezident İlham Əliyevə yazdıqları...

İspaniyadan Ali Evsenin Prezident İlham Əliyevə yazdıqları...

“Azərbaycandan uzaqda olmağıma baxmayaraq, İspaniyada yaşayan iş adamı və Azərbaycana bağlı bir insan kimi Sizi böyük qürur və sevinclə salamlayır, Azərbaycanın bu tarixi qələbəsi münasibəti ilə Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Bu qələbə ilə Siz, Müzəffər Ali Baş Komandan kimi Azərbaycan Ordusunun və Azərbaycan dövlətinin məharətini və gücünü bütün dünyaya nümayiş etdirərək ölkə tarixində yeni bir şanlı səhifə açmış oldunuz. Məhz Sizin sayənizdə 28 illik işğaldan sonra Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan və digər işğaldan azad olmuş ərazilərdə Azərbaycan bayrağı qürurla dalğalandı və Vətən həsrəti çəkən həmvətənlər tarixi torpaqlarına qovuşdular.

...Sayənizdə ildən-ilə inkişaf edib güclənən Azərbaycanımızın beynəlxalq arenada tutduğu mövqe hər zaman qürur mənbəyimizdir. Qəlbi Azərbaycan sevgisi ilə döyünən bir insan olaraq rəhbərlik etdiyim kollektivlə bərabər daim yaşadığım ölkədə Vətənimizi layiqincə təmsil etməyə çalışıram. Avropa ölkələrində mövcud olan güclü erməni diasporu İspaniyada da Azərbaycana qarşı təbliğat işləri aparılır. Bu təbliğatın nəticəsində İspaniyanın dövlət qurumlarında ölkəmizin əleyhinə qəbul etmək istədikləri qərarların önünü dəfələrlə alaraq mətbuatda və televiziya kanallarında, eləcə də yüksək səviyyəli hökumət strukturlarında daim Azərbaycanın maraqlarını qorumuş, arxa cəbhədən Vətənimiz naminə mübarizədə əlimdən gələni əsirgəməmişəm və heç bir zaman əsirgəməyəcəm.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək bir daha Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ölkənin rifahı naminə göstərdiyiniz müstəsna fəaliyyətinizin davamında yeni-yeni uğurlar arzulayıram”.

Bunu İspaniya Krallığının Madrid şəhərindən “Evsen” Şirkətlər Qrupu və “Evsen” Fondunun Prezidenti Ali Evsen Prezident İlham Əliyevə müraciətində vurğulayıb.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com