Əjdərbəy məscidində Vətən müharibəsinin şəhidləri anılıb - VİDEO

Əjdərbəy məscidində Vətən müharibəsinin şəhidləri anılıb  - VİDEO

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı. 30 ilə yaxındır həsrət qaldığımız torpaqlar erməni tapdağından azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Heç bir müharibə itkisiz olmur. Əlbəttə, Vətən müharibəsində, ölkəmizin ərazi bütövlüyü uğrunda da şəhidlərimiz oldu. Bu zəfər bizə 2783 igid Azərbaycan övladının qanı, canı bahasına başa gəldi. Bu gün Azərbaycanin bütün məscidlərində, kilsələrində, sinoqoqlarında, bir sözlə bütün Allah evlərində şəhidlərimiz anılıb, onların ruhuna dualar oxunub, o cümlədən Əjdərbəy məscidində...

Vətən müharibəsində həyatlarını ərazi bütövlüyümüz uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilib. Yollarda hərəkət dayanıb, maşınlar siqnal, hərbi gəmilər fit verib.

 

 

Mənbə: www.realtv.az