Pakistan: Əfqanıstanla sərhəd hasarı tamamlanmaq üzrədir

Pakistan: Əfqanıstanla sərhəd hasarı tamamlanmaq üzrədir

Pakistan ordusu ölkənin Əfqanıstanla tarixən açıq 2600 kilometrlik sərhədində çəkilən hasarın iki ay müddətinə başa çatacağını bildirir.

Ordunun media qanadı cümə günü Amerikanın Səsinə inşası 2017-ci ilin əvvəlində başlayan birtərəfli hasarın Pakistan-Əfqanıstan sərhədindən silahlıların sızması, qaçaqmalçılıq və digər qanunsuz halların qarşısını almaq məqsədi daşıdığını deyib.

Inter Services İctimai Əlaqələr (ISPR) təşkilatı inşa edilən hasarın Pakistanın qərb sərhədinin təqribən 83 faizi boyunca qurulduğunu bildirib. Bundan əlavə, təxminən $500 milyon dollarlıq proqram çərçivəsində yüzlərlə yeni gözətçi postları inşa edilib.

Bir-birindən bir-iki metr aralıda olan, üstləri iti uclu məftillərtlə dolanmış üç metr hündürlüyündəki çəpərlər 4000 metr yüksəkliklərdəki qarla örtülü ərazilərdə də yerləşdirilib.

ISPR Pakistanda terrorla əlaqəli hadisələrin sayının azalmasını sərhəd təhlükəsizliyi layihəsi ilə əlaqələndirir. Hasarın inşasında iştirak edən Pakistan əsgərləri də Əfqanıstan tərəfdən silahlı hücumlara məruz qalırdı və bu ərazilərdə bəzən Əfqanıstan təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verirdi.

Əfqanıstan 1893-cü ildə Britaniyanın müstəmləkə dövründə müəyyən edilən demarkasiya xətti (sərhəd bölgüsü) ilə razı deyil. Əfqanıstan rəsmiləri hələ də sərhədi Durand Xətti adlandırır. Pakistan isə iddianı rədd edir və beynəlxalq sərhədin ona 1947-ci ildə Britaniyanın müstəmləkəsindən azad olunduqdan və müstəqillik əldə etdikdən sonra miras qaldığını deyir

Mənbə: www.amerikaninsesi.org