“Türkiyənin Cənubi Qafqazdakı rolu...” – Borelldən kritik açıqlama

“Türkiyənin Cənubi Qafqazdakı rolu...” – Borelldən kritik açıqlama

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josef Borrell Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, “Euronews”-a danışan Borrell Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsin həllindəki roluna da diqqət çəkib.

O, gələn həftə keçiriləcək AB sammiti ərəfəsində Aralıq dənizinin şərqindəki gərginliyin hələ də səngimədiyini bildirib.

Borrell AB daxilində Türkiyəyə sanksiya məsələsində yekdil fikir olmadığını, bəzi ölkələrin bundan çəkindiyin qeyd edib. Suriyalı qaçqınlarla bağlı Türkiyənin kritik mövqeyinə toxunan Borrell son zamanlarTürkiyə və Rusiyanın Aralıq dənizi, Suriya və Cənubi Qafqazdakı nüfuzunun artdığını söyləyib.

O, Rusiya və Türkiyənin Suriya məsələsində olduğu kimi, Cənubi Qafqazdakı münaqişələrin həllində də birgə hərəkət edərək, “Astana prosesi”nə bənzər format yaratdıqlarını deyib.

Mənbə: teleqraf.com