Makronun siyasi korluğu və nadanlığının göstəricisi

Makronun siyasi korluğu və nadanlığının göstəricisi

"Makronun və Fransa Milli Assambleyasının fransız xalqının maraqlarını terrorçu Ermənistana qurban verərək, guya Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi məqsədilə addımlar atması heç bir sağlam məntiqə sığmır. Fransanın lideri və deputatları Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi üçün hərəkətə keçməzdən əvvəl yaxşı olar ki, Parisdə, Marseldə, Lionda, Strasburqda və digər fransız şəhərlərində müsəlmanlara qarşı baş qaldıran total təzyiqlərə, aşağılanmalara, diskriminasiyaya bir nəzər yetirsinlər".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, deeyib ki, Fransa hazırda dünyada milli və irqi dözümsüzliyin, islamofobiyanın mərkəzinə çevrilməkdədir: "Necə deyərlər, öz gözündəki tiri görməyib, özgələrinin (Azərbaycanın və Türkiyənin) gözündə tük axtarması Makronun siyasi korluğunun və nadanlığının göstəricisidir. Təəssüf ki, Milli Assambleyanın deputatları da ona qoşulub birgə "xor" oxuyurlar. Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransa Senatının qəbul etdiyi məlum qətnamənin ədalətsiz və qərəzli müddəalarını eynilə təkrar edir və yenidən Fransa hökumətinə qondarma "dqr"in tanınmasını tövsiyyə edir".

Partiya sədri bildirib ki, Senatın qətnaməsi kimi, Milli Assambleyanın sözügedən qətnaməsi də heç bir hüquqi qüvvəyə malik deyil: "Bu sadəcə tövsiyyə xarakterlidir. Amma buna baxmayaraq bu cür qətnamələrin qəbul edilməsi digər ölkələrin parlamentlərinin də eyni addımı atması üçün presedent yaradır, ənənəvi hala çevrilir. Makron və fransız parlamentarilər özlərini məsuliyyət hissini itirmiş, beyinləri dumanlanmış tineycerlər (xuliqan yeniyetmələr) kimi aparırlar. Fransa kimi dünyanın aparıcı dövlətlərindən birinin liderinin və parlamentarilərinin özlərini qeyri-yetkin uşaqlar kimi aparması ilk növbədə Fransanın özü üçün ciddi problemlərə gətirib çıxara bilər. Fransız ziyalılar nə qədər ki, gec deyil, Makronun ağılsız siyasətini önləmək üçün hərəkətə keçsinlər".

Mənbə: olaylar.az