Şuşa-Lisoqorski yolu minalardan təmizlənib

Şuşa-Lisoqorski yolu minalardan təmizlənib

Qarabağda ərazinin minalardan təmizlənməsi prosesi davam edir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Rusiya sülhməramlı qüvvələri Qarabağda 50 hektardan çox ərazini minalardan təmizləyib. Axtarışlar nəticəsində 1150 partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Verilən məlumatlarda həmçinin bildirilib ki, rus sülhməramlıları Şuşa-Lisoqorski yolu boyunca kəşfiyyat və minalardan təmizlənmə işləri həyata keçirib. 4,8 hektar ərazi və 2,5 km yol təmizlənib, 35 partlayıcı qurğu tapılaraq məhv edilib.

Mənbə: www.yeniavaz.com