“Türkiyə və Rusiyaya qarşı...” – Almaniyadan diqqətçəkən açıqlama

“Türkiyə və Rusiyaya qarşı...” – Almaniyadan diqqətçəkən açıqlama

Almaniya Xarici işlər naziri Hayko Maas “Der Spiegel” jurnalına verdiyi açıqlamada ABŞ-da yeni bir komandanın (Co Bayden) hakimiyyətə gələcəyini, Amerikanın beynəlxalq səhnəyə geri qayıdışının çox şeyi dəyişəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Maas Avropa və ABŞ-ın yenidən strateji baxımdan daha yaxından çalışmalı olduğunu deyib.

“Məsələn, Liviya və ya Suriyada olduğu kimi, Rusiya və ya Türkiyənin doldura biləcəyi bir boşluq buraxmamalıyıq. İndi avtokrat oyunçulara oyun üçün yer verə bilmərik. Biz avropalılar ABŞ-la birlikdə sülh, demokratiya və insan haqlarının təminatı üçün üzərimizə düşəni etməyə hazırıq”, - nazir vurğulayıb.

Maas NATO-nun Avropa qanadının daha da gücləndirmək istədiklərini bildirib, Afrika, Aralıq dənizi və Yaxın Şərqdəki duruma diqqət çəkib:

“ABŞ-la balanslı bir ortaqlıq üçün bu yolda davam etməliyik. ABŞ-la birlikdə maraqlarımızı dəqiq şəkildə müəyyənləşdirməliyik. Çin və ya İrana qarşı necə birlikdə hərəkət edə bilərik? Əfqanıstanda və ya İraqdakı vəzifələrimizi necə yerinə yetirə bilərik? Köhnə günlərin geri dönəcəyinə ümid etmək aldadıcı olardı. ABŞ “dünya polisi” roluna geri qayıtmayacaq”.

 

Mənbə: teleqraf.com