Aleksey Valyujeniç: "Azərbaycan Ordusunun qələbəsinin əsas səbəblərindən biri türk silahları idi"

Aleksey Valyujeniç: "Azərbaycan Ordusunun qələbəsinin əsas səbəblərindən biri türk silahları idi"

Qafqazdakı hərbi qarşıdurma Ankaraya hərbi məhsullarının tədarükünü bir neçə dəfə artırmağa imkan verdi. 11 ay ərzində Türkiyə Azərbaycana silah satışını rekord dərəcədə artırdı. Türkiyə müttəfiqinə misilsiz hərbi yardım göstərdi və bunun da nəticəsində Azərbaycan Ordusu Qarabağ münaqişəsində qələbə qazanmış oldu. Mütəxəssislərdən Azərbaycan qoşunlarının müharibədə qalib gəldiyi silahlar barədə soruşduq.

Türkiyə İxracatçılar Birliyindən yayımlanan məlumatlara görə, Türkiyənin Azərbaycana ixrac etdiyi silah və sursatın həcmi təxminən 256 milyon dollar təşkil etdi. Azərbaycanın illik hərbi büdcəsinin 2,2 milyard dollar olduğunu nəzərə alsaq, bu, az məbləğ deyil.

İlin əvvəlindən Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı münaqişə zamanı istifadə edəcəyi hərbi texnika və sursat alırdı. Bu ölkə orta hesabla Türkiyənin “Bayraktar” sinifinə aid olan 6 növ hücum dronunu ordunun silah arsenalına qatdı.

Türkiyə Azərbaycana çox sayda təlimatlı sursat satdı, bunun köməyi ilə pilotsuz təyyarələr erməni qoşunlarının hərbi texnikasını: tankları, zirehli maşınları, hava hücumundan müdafiə sistemlərini və topçularını məhv etdi. Havadakı tank əleyhinə raketlər xüsusi diqqətə layiqdir. Onlar həmçinin pilotsuz təyyarələrlə aparılır.

Hərbi ekspert Aleksey Valyujeniçin dediyi kimi, türk pilotsuz təyyarələrinin və digər müasir silah-sursatların alınması Azərbaycan Ordusunun zəfərinin açarı oldu.

“Türkiyənin “Bayraktar TB2″ pilotsuz təyyarələrinin və İsrail istehsalı olan kamikadze pilotsuz təyyarələrinin Azərbaycan əsgərlərinin qalib gəlməsinə səbəb olması heç kimə sirr deyil”, – deyə hərbi ekspert vurğulayıb.

– Səngər döyüşündə tərəflərin heç birinin üstünlüyü yox idi. Lakin pilotsuz təyyarələr əvvəlcə hava müdafiəsini tamamilə boğdu, sonra möhkəmləndirilmiş əraziləri dağıtmağa başladı. Bu, pilotsuz təyyarələrlə silahlanmış müasir türk sursatları sayəsində mümkün oldu.

– Onlar Ermənistanın hava hücumundan “yan keçə” bildilər?

– Bəli, lazer istiqamətləndirmə sistemi və uzun mənzilli tank əleyhinə sistemləri olan “Roketsan Cirit” idarəolunan raketlərdən danışırıq. Bu döyüş sursatları müxtəlif məsafələrdə istifadə edilib. Eyni zamanda erməni qoşunları tərəfindən əraziyə yerləşdirilən hava hücumundan müdafiə sistemləri – “Osa” və “Strela-10” kompleksləri aciz qaldı. Daha sonra kiçik zirehli düşmən hədəflərini, yük maşınlarıni, müvəqqəti binaları və s. vuran kiçik təyyarə MAM bombalarının istifadəsi də qeyd edilməlidir. Bundan əlavə, hava müdafiəsi iflic olduğundan sonra daha artıq ənənəvi sursatlardan istifadə ediliv.

– Azərbaycanın Türkiyədən aldığı, amma cəbhədə istifadə etmədiyi başqa bir silah varmı?

– Yoxlanılmamış faktlarla danışmağı sevmirəm. Azərbaycanın Türkiyənin “Korall” elektron döyüş sistemlərindən istifadə etdiyi barədə məlumatlar var idi. Azərbaycanda Türkiyə istehsalı olan yüngül zirehli texnika xidmət göstərir. Lakin bu münaqişədən çox əvvəl, lap çox əvvəl alınıb.

Verilən xəbərə görə, dekabrın 10-da Bakıda Dağlıq Qarabağdakı müharibənin qələbə ilə başa çatması münasibətilə hərbi parad keçiriləcək. İlk gündən Azərbaycan qoşunlarının münaqişədə qazandığı uğurları tərifləyən və “əla” adlandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da parada qatılmaq niyyətindədir.

“Middle East Eye”, 4 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

 

Mənbə: konkret.az