NATO hansı gücə malikdir? - Maraqlı detallar

NATO(Şimali Atlantika Müqaviləsi Təşkilatı) Şimali Amerika və Avropadan 30 üzv ölkədən təşkil olunan dövlətlər arası bir ittifaqdır. 4 Aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulub.

30 üzv ölkənin ikisi Şimali Amerikada (ABŞ və Kanada), iyirmi səkkizi isə Avropada yerləşir. İslandiyadan başqa qalanların ordusu vardır. NATO üzvü üç ölkə (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına sahibdir. Əvvəllər 12 ölkənin yaratdığı birliyə 2004-cü il aprel ayından bugünə qədər 11 ölkə üzv olub.

Yaradanlar;

Belçika
Kanada
Danimarka
Fransa
İtaliya
Lüksemburq
Niderland
Norveç
Portuqaliya
Böyük Britaniya
Amerika Birləşmiş Ştatları

Maraqlı məlumat:

Danimarkanın NATO üzvlüyü Faroe Adaları və Greenland əhatə edir.
Fransa, NATO-nun hərbi qanadından 1966-cı ildə çəkildi; 3 Aprel 2009-cu ildə geri döndü.
İslandiya, ordusu olmayan tək NATO üzvüdür.


İlk qoşulanlar:

Türkiyə və Yunanıstan (18 Fevral 1952-ci il)

Yunanıstan, 1974 Kipr Böhranından sonra NATO-nun hərbi qanadından çəkildi; 1980-ci ildə geri döndü.

İkinci qoşulanlar:

Almaniya (9 May 1955) Qərbi Almaniya olaraq qatıldı; Saarland 1957-ci ildə, Berlinin bölgələri və Şərqi Almaniya isə 3 oktyabr 1990-cı ildə ölkəyə qatıldı. Şərqi Almaniya 1956-1990 arasında rəqib Varşava Paktına üzv idi.

Üçüncü

İspaniya 30 May 1982

Dördüncü

Çexiya
Macarıstan
Polşa
12 Mart 1999

Beşinci

29 Mart 2004 -ci il tarixində

Bolqarıstan

Estoniya

Latviya
Litva
Rumıniya
Slovakiya
Sloveniya

Altıncı

Albaniya
Xorvatiya

1 Aprel 2009

Yeddinci

Monteneqro

5 İyun 2017

Səkkizinci

Şimali Makedoniya

27 Mart 2020

Day.az

ƏVVƏLKİ XƏBƏR

Yunanıstanda polis idarəsinə basqın edildi

SONRAKI XƏBƏR

Türkiyədə güclü zəlzələ - 5,2 bal