"Dövlət orqanları daha Paşinyana tabe olmur"

"Paşinyanın başqa çıxış yoxdur, o, mütləq istefaya getməyə məcburdur".

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, "Ayrenik" ("Vətən") Partiyasının sədri Artur Vanesyan deyib.

Onun sözlərinə görə, əgər Nikol Paşinyan 8 dekabr saat 12:00-yə qədər istefaya getməsə, xalq öz tələbini itaətsizlik aksiyaları ilə təqdim edəcək.

"Paşinyanı mümkün qədər tez kənarlaşdırmaq üçün qanunla nəzərdə tutulmuş bütün addımların atılmasına təşəbbüs göstərəcəyik", - "Vətən" partiyasının lideri bildirib.

İtaətsizlik olacağı təqdirdə hüquq-mühafizə orqanlarının həbsləri həyata keçirməyə başlayacağı ilə bağlı təhlükənin olub-olmayacağı barədə suala cavabında Artur Vanesyan bildirib ki, Ermənistan Respublikasında yalnız hüquq-mühafizə sistemi deyil, həm də dövlət strukturları daha Nikol Paşinyana tabe olmur.

"Polis öz işini yerinə yetirir, Nikol Paşinyanın yox, bizim hamımızın təhlükəsizliyi təmin edir", - deyə o əlavə edib.
 

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə güclü zəlzələ - 5,2 bal

SONRAKI XƏBƏR

Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu