Paşinyanın ətrafı "saray çevrilişi" arzulayır - Ermənistan KİV

Paşinyanın ətrafı "saray çevrilişi" arzulayır - Ermənistan KİV

Ermənistan mətbuatı hakimiyyət daxilində "saray çevrilişi" arzulayan kadrların olduğunu yazır.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, düşmən ölkənin ictimaiyyəti hakimiyyət dəyişikliyinin qaçılmaz olduğu qənaətindədir.

Siyasi təhlilçilər isə bu dəyişikliyin iki formada ola biləcəyini vurğulayır. 2018-ci il inqilabında olduğu kimi xalq küçəyə çıxa bilər. İkinci versiya isə hakimiyyətdaxili qüvvələrin çevriliş etməsidir. Ermənistan mətbuatı Paşinyan komandasında - güc strukturları rəhbərləri arasında - belə istəklərin hiss olunduğunu yazır. Paşinyanın ətrafında "saray çevrilişi" arzulayanların az olmadığı vurğulanır.

Qeyd olunur ki, məğlub komandanın bir qismi yenilənsə də, Paşinyan hakimiyyətində ictimai nüfuzu yüksək olan və çevriliş yoluna əl atacağı təqdirdə xalq dəstəyi qazanacaq heç bir kadr təmsil olunmur.

Mənbə: www.unikal.org