ABŞ prezidenti Donald Tramp maraqlı açıqlama verib.
O, Ağ Evin ərazisində keçiriləcək “UFC White House – Freedom 250” turniri üçün quraşdırılan oktaqonun daimi olaraq saxlanıla biləcəyini istisna etməyib.
“Bir çox insan bilmir ki, Parisdəki Eyfel qülləsi 1889-cu ildə tikilib. Onu Ümumdünya sərgisindən dərhal sonra sökməli idilər. Amma sonra dedilər ki, “xoşumuza gəlir, gəlin onu bir müddət də saxlayaq”. Sonra yenə dedilər. Nəticədə onu heç vaxt sökmədilər.
Bilirsiniz, biz Ağ Evin qarşısında elə bir şey tikirik ki, çox insanın xoşuna gələcək. İyunun 15-də orada böyük UFC turniri keçiriləcək. Buna baxıram və düşünürəm ki, bəlkə də onu heç vaxt, heç vaxt yığışdırmayacağıq”, – deyə Tramp bildirib.
Mənbə: publika.az